Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdəmirdə Türkiyə vətəndaşı qəza törətdi: - Ölən var

Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi “Volvo” markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevinidarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişin, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qətibə Mehbalı qızı Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər -  Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Elza Vahid qızı Qədirzadə, 2004-cü il təvəllüdlü Züleyxa Əbülfəz qızı Qədirzadə və 2002-ci il təvəllüdlü Abbas Əbülfəz oğlu Qədirzadə müxtəlif bədən xəsarətləri ilə  Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...