Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi “Volvo” markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilində olan sərnişin, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qətibə Mehbalı qızı Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər - Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Elza Vahid qızı Qədirzadə, 2004-cü il təvəllüdlü Züleyxa Əbülfəz qızı Qədirzadə və 2002-ci il təvəllüdlü Abbas Əbülfəz oğlu Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub