İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Lent.az xəbər verir ki, avqustun 26-da – şənbə günü ölkə yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Belə ki, Bərdədə “VAZ 21 011″in aşması nəticəsində iki nəfər ölüb. Xaçmazda isə avtomobil velosipedçini vuraraq öldürüb. Bundan başqa Tovuz rayonunda 61, Şamaxının Muğanlı kəndində isə 10 yaşlı piyada avtomobilin altında qalaraq ölüb.
Bazar günü isə ölkə yollarında 10 avtomobil qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Beyləqanda “Hyundai” markalı avtomobilin dirəyə çırpılması iki nəfərin həyatına son qoyub. Şəmkirdə isə “NAZ Lifan”ın “Mercedes”ə çırpılması 53 yaşlı qadının ölümünə səbəb olub.
Hər bir faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub