Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru" tutulub.
Mynews.az virtualaz.org-a istinadən bildirir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.
Saxlanılan şəxsin pasport nəzarətindən keçən zaman Rusiya xarici pasportunu təqdim etdiyi bildirilir. Sərhədçilərin sənədlərlə bağlı suallarını görüncə, o, daha bir pasport çıxarıb. Həmin pasportda isə onun Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Bundan başqa onun üzərində bir neçə saxta sənəd də aşkarlanıb.
Sərhədi saxta sənədlə keçmək istəyən Gürcüstan vətəndaşını təhqiqatçılar tərəfindən saxlanılıb. Onun dəfələrlə cinayət törətdiyi və daha əvvəl də azadlıqdan məhrum edildiyi məlum olub.
Milli.Az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub