Balakəndə 53 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində barmaqlarını itirib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, avqustun 29-da gecə saatlarında rayonun Qazma kənd sakini, 1964-cü il təvəllüdlü Qurban Sulxay oğlu Sulxayev odlu silahdan açılan atəş nəticəsində yaralanma xəsarəti ilə Balakən Mərkəzi Rayon xəstəxanasına (MRX) daxil olub.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, Qurban Sulxayev yaşadığı kəndin inzibati ərazisində, qarğıdalı sahəsində ov tüfəngi ilə ehtiyatsız davrandığından tüfəngdən açılan atəş onun sağ əlinə dəyib. Nəticədə Qurban Sulxayevin əli dağılıb, birinci və ikinci barmaqları qopub. Qurban Sulxayevin əlində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub