Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.
Mynews.az xəbər verir ki, intihara cəhd edən qadının əri Rəvan Əlizadə Report-a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nə bilim ki, gedib özünü qatarın altına atar?!"
Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub