Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır. Görüntülər İnteraz tv əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb.
Mynews.az xəbərverir ki, İnteraz tv-nin əməkdaşları çəkilişə gedərkən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 3 nəfər işçisinin sürücüyə fiziki təzyiq göstərməsinin şahidi olublar və hadisəni lentə alıblar. Daha sonra əməkdaşlarımız nəqliyyat işçilərinə yaxınlaşaraq sürücünü əzişdirmələrinin səbəbini öyrənmək istəsələr də xidmət işçiləri sürücünün sənədlərini müsadirə etməklə yananşı, qəza şəraiti yaradaraq ərazidən uzaqlaşıblar.
Yerli sürücülər isə deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları onları qanunsuz olaraq saxlayır və pul tələb edir. Sürücü razılaşmadıqda isə sənədləri alınaraq xidmət əməkdaşları tərəfindən müsadirə edilir.
Sürücülərin sözlərinə görə, Nəqliyyat Xidməti əməkdaşlarının hərəkətinə etiraz etdikdə ağır təhqirlərə və fiziki təzyiqə məruz qalırlar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub