Svati Sarkar 7 yaşlı qızı Ayşikanı eyvandan ataraq qətlə yetirib.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, faciə Hindistanın cənubundakı Banqalor şəhərində, Caraqanallalli məhəlləsində yaşanıb.
31 yaşlı Svati Sarkar 7 yaşlı qızı Ayşikanı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından atıb.
Uşaq həlak olub.
Bunu görən qonşular Svatini tutaraq döyüblər və həyətdəki elektrik dirəyinə bağlayaraq edam etmək istəyiblər.
Hadisə yerinə yollanmış polis əməkdaşları S.Sarkarı qəzəblənmiş qonşuların linç məhkəməsindən xilas edib.
Polisdən verilən məlumata görə, Svati Sarkar qızını qətlə yetirəndən sonra intihar etməyə hazırlaşırmış.Qadının əvvəllər də 7 yaşlı qızı Ayşikanı öldürməyə cəhd etdiyi söylənir.
Ayşikanın sinir-əsəb sistemində pozuntular varmış və qonşuların dediklərinə görə, Svati tez-tez "bu uşaqdan bezdim, həyatımı puç etdi" söyləyirmiş.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub