Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənSamir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanınsədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili İmaməli Əsgərovbildirib ki, təqsirləndirilən S.Nəbiyev məhkəməyə ərizə göndərib.
O ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib: “Vəkilim Ceyhun Yusifov bir çox saytlar və qurumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamadan imtina edirəm. Maddi imkanım olmadığı üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm”.
S.Nəbiyev ərizəsini təsdiq edib.
Daha sonra vəkil İ.Əsgərov qeyd edib ki, müvəkkili Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib. O, dəymiş ziyandan imtina edərək, S.Nəbiyevi bağışladığını bildirib.
Prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək, məhkəmədən imtinanın qəbul olunmasını istəyib: "Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin”.
Məhkəmə hər iki ərizəni qəbul edib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.
Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub