"ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Səmədov qəzaya düşüb.
Mynews.az xəbər verir ki, bu barədə Report-un Şimal-qərb bürosuna jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da, axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub