Gözünü açanda üstündə yad kişi var idi Ağcabədidə AĞLASIĞMAZ TƏCAVÜZ OLAYI

702
Gözünü açanda üstündə yad kişi var idi Ağcabədidə AĞLASIĞMAZ TƏCAVÜZ OLAYI

Ağcabədi rayonunda qadına qarşı təcavüz etməkdə təqsrili bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Elnar Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az xəbər verir ki, Elnar 2016-cı ilin avqustun 24-də, saat 11.00-da yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndində həmkəndlisi İsa Eyvazovun toy məclisinə yollanıb.

O, həmin gün toy məclisində iştirak edib, avqustun 25-də, gecə saat 00:00-a kimi toyda olub. Gecə yarısı toydan çıxan Elnar sərxoş vəziyyətdə evlərinə qayıdıb. Saat 04 radələrində həmkəndlisi Səmayə Vəliyeva (ad və soyad şərti verilib - red.) ilə zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib.

Pəncərədən gələn cağırılmamış qonaq

Elnar bu niyyətini həyata keçirmək üçün Səmayənin yaşadığı evə gəlib. Evin həyətinə girib və pəncərədən qonaq otağına daxil olub.

Bu zaman o, Səmayənin divanda iki azyaşlı uşağı ilə yatdığını görüb və onunla cinsi əlaqədə olmaq istəyini həyata keçirmək istəyib.

Zorakılıq

Elnar övladı ilə yatan Səmayənin üzərinə uzanıb, səsini çıxarmaması üçün əli ilə əvvəlcə onun ağzından, sonra isə boğazından tutaraq sıxıb.

Bu zaman yuxudan ayılan Səmayə Elnara müqavimət göstərib. Qadının müqavimət göstərdiyi görən Elnar ona fiziki zorakılıq göstərməyə başlayıb. Bununla o, qadına müxtəlif dərəcəli bədən xəsarəti yetirib, cinsi əlaqədə olmaq istəyinə davam edib.

Zorlama və səs-küy

Səmayə Elnarı özündən uzaqlaşdırmağa gücü çatmadığını görüb, ayağı ilə yerə döyüb, səs-küy salıb. Həmin vaxt Səmayənin digər otaqda yatan anası Sədiqə səsə oyanıb və qızının yatdığı otağa gəlib. Bu vaxt səs-küyün yarandığını görən Elnar Səmayəni buraxıb və pəncərədən tullanaraq qaçıb.

Səhər açılan kimi Səmayə Elnar tərəfindən təcavüzə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Elnar həbs edilib.

İki maddəli cinayət işi

Elnar Əsədov Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 29,149.1-ci (Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd göstərmə) maddələri ilə ittiham edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əsədov 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnar apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə bəraət almasını istəyib. Digər maddə üzrə cəzasının yüngülləşdirilməsi xahiş edib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Qərara görə, E.Əsədov tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, E.Əsədova 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Publika.az

Xəbər lenti