Cəsədi 4 gündür Livanda morqda qalan mərhum idmançımız Xəzər Əliyevin ölümü barədə təfərrüatlar məlum olub.
Mynews.az xəbər verir ki, Big.az-a mərhumun yaxın dostu, yığma komandanın oyunçusu, taekvandoçu Nicat Fərəcov bildirib ki, X.Əliyev kiçik mübahisənin qurbanı olub: "Xəzər bədbəxt hadisə baş verən gün bir başqa dostumuzla kluba gedib. Onlar klubdan çıxarkən içkili olub, taksiyə əyləşərkən sürücü ilə mübahisə ediblər. Sürücü mübahisə edərək onları magistral yolda düşürmək istəyib. Lakin Xəzər avtomobildən düşmək istəməyib. Nəticədə onlar arasında dava düşüb və sürücü Xəzərə yumruq atıb. Xəzər də ona yumruq atıb, qapını açıb, qaçmaq istəyərkən qəza baş verib. Həmin taksi fəaliyyəti göstərən avtomobil körpüdən aşaraq yanıb. Xəzər xəstəxanaya çatdırılanda sağ olub, ölməyib. 4 saat yaşayıb. Həkimlər onu əməliyyat edib, 8-9 litr qan vurublar. Amma onun həyatını xilas etmək mümkün olmayıb".
Nicat Fərəcov bildirib ki, Xəzərin cəsədi hələ də morqdadır. Cəsədin götürülməsi üçün külli miqdarda pul tələb edilir: "Xəzərin meyiti 4 gündür morqda qalıb. Nə səfirlik, nə konsulluq, kimə zəng ediriksə, deyirlər, gözləyin, pul istəyirlər. Elə asanlıqla danışırlar ki, elə bil 2-3 min manatdan söhbət gedir. Halbuki 12 min manat təkcə xəstəxanaya, 4-5 min manat meyiti göndərməyə, 6-7 min isə morqa (tabut, bilet) istəyirlər".
N.Fərəcov onu da qeyd edib ki, mərhum idmançımızın ailəsi sözügedən məbləği ödəyə bilmir: "Həmin pulu verməyə Xəzərin ailəsinin imkanı çatmır. Bala dərdinə görə yazıq anası sanki "başını itirib". Zəng edib telefonda mahnı oxuyur. Acınacaqlı vəziyyətdə qalmışıq. Səsimizə səs verən yoxdur. Xahiş edirik ki, Xəzərin meyitinin Azərbaycana gətirilməsində bizə kömək göstərilsin".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub