Bakıda, "Neolit" restoranında kütləvi dava düşüb. Müğənni İzzət Bağırovun da adının hallandığı davada 3 nəfər döyülüb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə qohumları ilə birlikdə şadlıq sarayında açıq havada şənlik mərasimi təşkil edib. İddialara görə, restoranda Müğənni İzzət Bağırov musiqi ifa edən zaman məclis sahibinin qohumlarının kamerası müğənnini lentə almayıb.
Müğənninin bu addımından hiddətlənən mərasim sahibinin bacısı oğlanları İzzət Bağırovun arxası ilə gedərək məsələyə aydınlıq gətirmək istəyiblər.
İnsident nəticəsində məclis təşkilatçısı Novruz Aslanlı və yenicə ali məktəbə daxil olan oğlu Vüsal Aslanlı ilə yanaşı daha bir nəfər xəsarət alıb. Xəsarət alan şəxslər dərhal 3 saylı Şəhər Klinikasına yerləşdiriliblər.
Vüsal Aslanlı isə ilkin müayinələrdən sonra ambulator müalicəyə buraxılıb.
Məsələ ilə bağlı İzzət Bağırovun vəkili Ceyhun Yusifov bildirdi ki, müğənni həmin davada iştirak etməyib. Dava müğəninin yaxın dostu, restoranın mühafizəçiləri və qonaqlar arasında baş verib.Vəkilin sözlərinə görə, İzzət Bağırovun ağzından qonaqlara tərbiyəsizlik eləməyin sözü çıxmayıb. O, həmişə etik qaydalara əməl eləyib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iki nəfər şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərdən biri İzzət Bağırovun dostu, digəri restoranın mühafizəçisi olduğu bildirilir.
Məsələyə bağlı adı çəkilən restorandan hər hansı bir açıqlama verilməyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub