2013-cü ildə Türkiyədə öldürülən cinayət aləminin tanınmış üzvü, “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidovun qardaşı Tərlan Həmidov ölü tapılıb.
Metbuat.az bildirir ki, onun meyiti bu gün səhər Moskvada yaşadığı mənzildə aşkarlanıb.T.Həmidovun ölüm səbəbi barədə hələlik dəqiq məlumat yoxdur. Lakin onun qardaşının düşmənləri tərəfindən öldürülməsini ehtimal edilir.
Qeyd edək ki, “Qoca”nın qətlində ondan bir qədər əvvəl öldürülən “Ded Xasan”ın tərəfdarlarının adı hallandırılırdı. Bildirilirdi ki, Moskvada fəaliyyətdə olan “Ded Xasan” qruplaşmasının üzvləri “Lotu Qoca”ya onlardan uzaqlaşmasını bağışlaya bilməyiblər.
Həmin vaxt Rusiya mediasında “Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək “Rövşən Lənkəranski”nin tərəfinə keçməsi vurğulanırdı. Bildirilirdi ki, “Lotu Qoca” İstanbulda gürcü “qanuni oğru”ların əhatəsində olarkən “Ded Xasan”ın adamları tərəfindən atəşə tutulub. // BakuPost.az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub