Hər dəfə qəbiristanlıqlardan müxtəlif insanlara edilən və tapılan cadular barəsində sujetlər təqdim etmişik. Bu dəfə isə cadu qəbiristanlıqda yox, şəhərin mərkəzində tapılıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir xanıma qarşı edilmiş cadu ağacın gövdəsində bükülü şəklində tapılıb. Çəkiliş qrupumuz iş zamanı şəhərin mərkəzi meydanlarından birində, Füzuli heykəlinin yaxınlığındakı ağacın gövdəsində bir bükülü tapıb. Bükülünün içini açanda isə Kəmalə adlı bir xanıma kim və ya kimlərsə tərəfindən cadu edildiyi məlum olub.
Şəklin üzərinə müxtəlif iynələr keçirilib. Qara sapla isə şəklin üstü örtülərək müxtəllif maddələr tökülüb.
Şəklin arxa hissəsi isə önü kimi saplarla bağlanıb. Hətta bu azmış kimi şəklin arxasına kiril hərfləri ilə "Kəmalə ərə getmə" deyə yazılar yazılıb.
Məsələ ilə bağlı ilahiyyatçıların fikrini öyrəndik.
Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubovun sözlərinə görə, cadu hər zaman olub və günümüzdə də bir bəlaya çevrilib. Sadəcə bunun təsirinə düşməmək üçün insanların bir-nüansa əməl etmələri kifayət edir.
İlahiyyatçının sözlərinə görə, bu əməli edənlərin cəzası isə həm bu, həm də o biri dünyada çox böyükdür.
Ümumiyyatlə isə kiminsə taleyi ilə bu şəkildə oynamaq insanlaığa yaraşmayan haldır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub