Ağdaş rayonunda mal-qara arasında kütləvi şəkildə tələfat baş verib. BiG.AZ apa-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb.
Kənd sakinləri Hüseynov Pərviz Əli oğlu, Hüseynov Elşən Əli oğlu, Yusifov Orxan Rafiq oğlu və Hüseynov Əli Yusif oğlu fərdi təsərrüfatlarında bəslədikləri iri buynuzlu heyvanları gənəyə qarşı biastol məhlulu ilə dezinfeksiya ediblər və inəklər 15-20 dəqiqə sonra kütləvi şəkildə zəhərlənərək ölüb. Hadisə zamanı 38 baş inək və 3 baş buzov tələf olub. Kənd sakinləri biastol məhlulunu Ləki qəsəbəsindəki baytarlıq aptekindən 16 manata aldıqlarını bildiriblər. Baytar həkimlər ölən mal-qaraya baxış keçiriblər və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığını bildiriblər. Hazırda ölmüş heyvanlar kəndin ortasında qalıb. Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər. Heyvan sahibləri biastol dərmanını tərifləyib satan aptek tərəfindən onlara dəyən maddi ziyanın ödənilməsini tələb edirlər. Faktla bağlı araşdırma aparılır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub