Kürdəmir rayonunun Xırdapay kəndində yanğın olub.
ARB TV xəbər verir ki, hadisə Malay Cəbrayılova məxsus ümumi sahəsi 230 kvadratmetr olan 6 otaqlı fərdi yaşayış evində baş verib. Tikilinin 3 otağı içərisindəki bütün əşyalarla birlikdə tamamilə yanıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi alovdan mühafizə olunub.
Nərminə Cəbrayılova (ev sahibi): "Ev alışıb yandı. Balalarım içəridən çıxa bilmədi. Pəncərəni sındırıblar, uşaqları oradan çıxarıblar. Oğlumun başı, boynu yanıb”.
İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.