Paytaxtın Nizami rayonunda binanın liftində iki qadını bıçaqlayan şəxslər saxlanılıb.
Daxili işlər orqanları tərəfindən qeyri-aşkar şəraitdə insan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən şəxsiyyət əleyhinə cinayətlərin qarşısının alınması və açılması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib.
DİN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən onların ifadəsini almaq mümkün olmayıb.
Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bölmə əməkdaşları tərəfindən qısa zamanda isti izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlə nəticəsində E.Osmanova da saxlanılıb.
Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.




1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub