İmişlidə yaşayış evi yanıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, İmişli şəhər sakini, Cavanşir Kərimova məxsus ümumi sahəsi 160 kv.metr olan 5 otaqlı evin evin yanar konstruksiyaları, içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Cavanşir Kərimov - Ev sahibi: "Sırağagün 7 minlik cehiz gəlib. Evimizin paltarları, hardasa, 10 xalça yanıb. Ayın 7-sində də toy idi".
Köməyə gələn qonşuların səyinə baxmayaraq, evdəki əşyaları alovun cəngindən xilas etmək mümkün olmayıb.
Sədulla Salmanov - Qonşu: "Qonşularla girdik ki, nəsə çıxardaq, çıxara bilmədik. Təzə də toy edəcəkdi, gəlinin cehizlərini yeni yerləşdirmişdi, heç birini çıxarda bilmədi".
Ev sahibi Cavanşir Kərimovun sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Yanğın zamanı yaxınlıqda yerləşən ümumi sahəsi 80 kv.metr olan birmərtəbəli 4 otaqlı evin mansar hissəsinin dam örtüyü də yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
500 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
452 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
442 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
431 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
415 dəfə oxunub