08:12
Aeroport şosesində baş vermiş yol qəzası nəticəsində xəsarət alanın şəxsiyyəti müəyyənləşib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Tərlan Kazımovdur. O, "Kia" markalı avtomobilin sürücüsüdür. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
00:52
Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
"Mercedes" markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.
Bu vaxt arxadan gələn "KİA" markalı avtomobil yolda hərəkətsiz dayanan "Mercedes"ə çırpılıb, ardınca isə "London taksi"sinin sürücüsü idarəetməni itirərək maşını "KİA"-ya çırpıb.
Hadisə nəticəsində "KİA"da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub