Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar.
Mynews.az Report-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.
Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq, məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb, işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub