FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.
Mynews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın sentyabrın 5-də, saat 08:56-da söndürülüb.
Yanğının söndürülməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
500 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
452 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
442 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
431 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
415 dəfə oxunub