Tovuz rayonunda istirahət mərkəzində yanğın olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən “Narzan” ailəvi istirahət mərkəzində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.
Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağac da məhv olub. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub