Onlar qulluqçunun əl-qolunu bağlayıb.
Bakıda maskalı şəxslər evə basqın edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində iş adamı İradə Əliyevanın evində qeydə alınıb.
Hadisə zamanı mənzildə ev sahibinin qulluqçusu olub. Evə daxil olan şəxslər qulluqçunun əl-qolunu bağlayaraq mənzildən 75 min manat, 11 min ABŞ dolları, 900 avro, 900 funt-sterlinq, 200 min manatlıq qızıl və “Vinçester” markalı ov tüfəngini aparıblar.
Polisin araşdırmaları nəticəsində cinayətin Gürcüstan vətəndaşlarından ibarət 5 nəfərlik dəstə üzvləri tərəfindən törədildiyi məlum olub. Həmin şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, iş adamı kimi tanınan İ.Əliyeva bir neçə avtobus marşrut xəttinin sahibidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub