Bu gün Bakının Hövsan qəsəbəsində tapılmış insan meyitinin kimə məxsus olduğu hələlik məlum deyil.
Mynews.az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nın əməkdaşları tərəfindən aşkarlanan 35-40 yaşlı kişiyə məxsus olan meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.
Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.
Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub