Azərbaycanda icra başçılarından birinin xanımı ölkədən qaçıb
Mynews.az xəbər verir ki, bu haqda AFN-in redaksiyasına məlumat verən mənbənin sözlərinə görə, böyük rayonlarımızdan birinin icra başçısının xanımı külli miqdarda (təxminən 150 min manatdan çox) vəsaitlə sürücüsünə qoşulub qaçıb. Bir neçə ay öncə baş verən hadisə ölkə ictimaiyyətindən gizli saxlansa da, həmin rayonda çoxları bundan xəbərdardır. Mənbəmiz həmin icra başçısının, xanımının və sürücüsünün adlarını da redaksiyamıza təqdim edib, lakin məlum səbəblərdən qeyd etmirik.
İcra başçısının xanımının getməsinə səbəb isə deyilənə görə, məmurun şəxsi keyfiyyətlərinin pis olması ilə bağlı olub. Belə ki, həmin icra başçısı ailəsi ilə münasibətlərini normal saxlamırmış:
“Onun məmur kimi də reputasiyası yaxşı deyil, haqqında tez-tez neqativ xarakterli yazılar yazılır, iradlar bildirilir. Ailəsində də eyni qaydada narazılıqlar varmış. Sonda xanımı dözməyərək ailəni tərk edib. Çoxları deyir sürücü ilə gedib, lakin belə söz-söhbət də var ki, sürücü xanımın xarici ölkələrdən birinə getməsinə yardım etdiyi üçün qaçıb gizlənib”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub