Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
31 yaşlı Eyvaz Orucov qonşusu və eyni zamanda, yaxın qohumunu xəstəxanalıq edib. O, bir neçə bıçaq zərbəsi endirdiyi oğlanın atasını yıxıb, anasını, nənəsini və 16 yaşlı bacısını döyüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. 18 yaşlı gəncin vəziyyəti orta-ağırdır.
Şölə Vəliyeva (zərərçəkən): “Yoldaşımı vurub yıxdı, oğlumu bıçaqladı. Daha sonra isə bizə hücum çəkdi”.
Səlminaz Allahverdiyeva (zərərçəkən): “Nəvəmi vurdu, qanına bələnsin. Burnumuzu vurub qırıb”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub