Mynews.az məluamt verir ki, bu gün Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda avtomobil qəzası baş verib. “Mətanət-A” şirkətinə məxsus 90-JS-731 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə 10-OA-084 dövlət nömrəli “Mercedes S klass” markalı avtomobili toqquşub. Minik maşınının gəlin maşını olduğu bildirilir.
Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.
Görüntüdən də göründüyü kimi “Mətanət-A” şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili işıqforun yaşıl işığında keçdiyi görsənir. Qarşı tərəfdən gələn 10 OA 084 "Mersedes S klass" markalı avtomobil gözləmədən yük maşının yoluna daxil olur.
Mynews.az hadisənin görüntüsünü təqdim edir:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub