Azərbaycanda kişi keçmiş həyat yoldaşını ölümcül şəkildə döyüb.
6 il evli olan Nigar Fərəcullayev və Tural Məmmədov yola getmədikləri üçün boşanıb. Tural daha sonra başqa bir xanımla Avstraliyada ailə həyatı qurub. Ancaq Tural həmin xanımla da yola gedə bilməyib və boşanıb. Elə o gündən Nigar üçün çətin günlər başlayıb.
Tural Nigarla yenidən bir ailə olmaq istədiyini bildirib və rədd cavabı alıb. Ancaq istəyindən dönməyən Tural keçmiş arvadına hədə-qorxu gəlməyə başlayıb. Nigar isə ötən ilin dekabrında Avstraliyadan Bakıya qayıdıb. İyun ayında isə Tural Bakıda Nigarı yenidən tapıb və həmin gün onlar arasında görüş olub. Bu görüşdə Tural öz istəklərini bir daha bildirib və qarşı tərəfin mənfi cavabını alıb. Bundan sonra Tural keçmiş həyat yoldaşını ölümcül şəkildə döyüb.
Bu hadisədən sonra Nigar hüquq-mühafizə orqanlarına müraciət edib və keçmiş həyat yoldaşı barədə şikayət edib. Nəsimi Rayon Məhkəməsi Tural Məmmədovun Cinayət Məcəlləsinin 128-ci "Qəsdən sağlamlığa yüngül zərər vurma" maddəsi ilə məhkum edilməsinə dair qərar qəbul edib.
Mənbə: bakuws




1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub