"Bir səhvdi eləmişik, düzələrik" 50 minlik oğurluq edən şəxsdən özünə məsləhət - VİDEO

908
"Bir səhvdi eləmişik, düzələrik" 50 minlik oğurluq edən şəxsdən özünə məsləhət - VİDEO

Sumqayıtda bir neçə mənzildən oğurluq etmiş Cavid Əliyev saxlanılıb.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, saxlanan şəxs polis idarəsində verdiyi ilkin ifadədə əməllərini etiraf edib.

İstintaq zamanı müəyyən edilib ki, Cavid Əliyev 4-cü məhəllədə Rəna Səfərovaya məxsus mənzildən 11.000 manat nəğd pul və 500 manat dəyərində qızıl-zinət əşyalarını, 5-ci mikrorayon ərazisində Afaq Həsənovaya məxsus mənzildən 15.000 manat dəyərində qızıl, 17-ci mikrorayonda Mikayıl Abdullayevə məxsus seyfdən 20.199 manatlıq qızıl dəsti oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurub.

Bundan başqa Cavid Əliyev bu ilin iyun ayında tanışları Ruslan Verdiyev və Yunis Hüseynli ilə qabaqcadan əlbir olaraq 9 mikrorayonda Elman Sadatova məxsus mənzildən külli miqdarda pul, qızıl və brilliyant daşları oğurlamaqla zərərçəkmişə 61.392 manat maddi ziyan vurub. Saxlanılan Cavid Əliyev törətdiyi cinayət əməlini etiraf edib və tutduğu əməldən peşman olduğunu bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri zamanı şəhər ərazisində silsilə oğurluqlar edən 22 yaşlı Fərid Baxşəliyev şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, tikilməkdə olan 15-dən çox mənzildən təmir-tikinti materialları və elektrik naqillərini oğurlayaraq, dəyər-dəyməzinə satıb.

Fərid Baxşəliyev - saxlanılan şəxs: "Kabel, laqonda olub, götürmüşəm. Əyin-baş almışam. 1 şalvar alıb, qalanını xərcləmişəm. Bir səhvdi eləmişik, düzələrik".

Hər 2 faktla bağlı araşdırma aparılır.

Xəbər lenti