Çində faciəvi hadisə baş verib.
Mynews.az Milli.Az -a istinadla bildirir ki, Çinin Yulin şəhərindəki xəstəxanada intihar hadisəsi qeydə alınıb. Belə ki, hamilə qadın özünü 5-ci mərtəbədən atıb.
Qadın və bətnindəki uşaq hadisə yerindəcə keçinib.
Onun doğumuna az qalmış vaxtda intihar etməsinə səbəb isə qeysəriyyə üsulu ilə doğumuna ailəsi tərəfindən icazə verilməməsi olub.
Təhlükəsizlik kameralarına düşən görüntülərdən də aydın olur ki, ağrılara dözə bilməyən qadın qohumlarının və həkimlərin yanında diz çökərək qeysəriyyə yolu ilə doğum etmək istəyib. Lakin ailəsi buna razı olmayıb. Həkimlər qadının qohumlarına normal yolla doğumun çətin olacağını başa salsalar da, qohumları əməliyyat üsulunu rədd ediblər. Çarəsiz qalan qadın özünü xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü atıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub