Bakıda ağır yol qəzası baş verib.
Mynews.az salamnews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.
Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.
SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub