Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Mynews.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 7-də, saat 16:00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun (Qalib Arif) oğludur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub