Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.
Onlar bu ilin mart ayında maşınlarına əyləşən 30 yaşlı qadına tərkibinə yuxu dərmanı qatılmış içki içirdikdən sonra onun 170 min rublunu, iki həftə sonra isə eyni üsulla 33 yaşlı kişinin evindən 210 min rubl oğurlayıblar.
Polis əməkdaşları tərəfindən aparılan axtarış zamanı təqsirləndirilən şəxslərdən qeyd olunan tibbi məhsul, eləcə də mobil telefon və zərgərlik əşyaları götürülüb.
Araşdırmalar davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub