Tovuzda şadlıq saraylarının birində keçirilən toy şənliyi zamanı 6-sı uşaq olmaqla, 39 nəfər zəhərlənərək, xəstəxanaya müraciət edib.
Mynews.az ARB 24-ə istinadən xəbər verir ki, onların bir qrupu reanimasiya, digərləri isə infeksiya şöbəsinə yerləşdirilib.
Səlim Qasımov – Zərərçəkən: “Kətəyə oxşayan bir şey idi. Mən yedim, gördüm, dadı qəribədir. Qardaşım yanımda oturmuşdu. Əlindən tutdum ki, sən yemə. Ona heç nə olmayıb”.
Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, qonaqlar toyda verilən salatdan zəhərləniblər. Həkimlərin müdaxiləsi nəticəsində xəstələrin heç birinin həyatı üçün təhlükə olmayıb. Daha 12 nəfər mərasim iştirakçısına hadisə yerinə gedən təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.
Toy mərasiminin keçirildiyi şadlıq sarayının sahibi Şükür Abbasov isə hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirib.
Şükür Abbasov – Şadlıq Sarayının Sahibi: “Biz orada heç nə hazırlamırıq. Qida məhsulları ev sahibi tərəfindən gətirilir. Biz yalnız kirayə veririk”.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub