Dünən Binəqədi rayonunda baş verən cinayət hadisəsi telefonun yaddaşına qeyd edilib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, Axar.az-ın ünvanına göndərilən videoda bıçaqlanan qadının yerdə uzandığı, cinayətkarı isə yaşlı bir kişinin tutub saxlamağa cəhd göstərdiyi görünür. Cinayətkar əlindən bıçağı yerə atdıqdan sonra isə onu saxlayan şəxsin də yaralandığı aydın olur.
Xatırladaq ki, olay ötən gün, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.
Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub