13:06
Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan 5 nəfərin adları məlum olub.
Mynews.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanlar - 1981-ci il təvəllüdlü Bəhmənov Nəsib Mansur oğlu, 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1978-ci il təvəllüdlü İbadov Asif Əmir oğlu, Həsənli Vüqar və Sədi Nəsibovdur. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralılardan V.Həsənli və S.Nəsibovun vəziyyəti kritikdir.
Qeyd edək ki, bu gün səhər saatlarında Tovuz rayonu ərazisində 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir.
Faktla bağlı araşdırma aparılır.
------------
12:22
Tovuzda baş verən qəzada xəsarət alan şəxslərdən ikisinin kimliyi məlum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunlar Həsənli Vüqar və Nəsibov Sədidir.
Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.
---------
12:16
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub