Gəncə şəhərində qayınata ilə kürəkən arasında mübahisə cinayətlə nəticələnib.
Mynews.az teleqraf.com-a istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü, Gəncə şəhər sakini Tural Quliyev qayınatası ilə mübahisə edib.
Mübahisə zamanı qayınata kürəkənini taxta parçası ilə döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Tural Quliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən əvvəl Tural Quliyevlə arvadı mübahisə edib. Mübahisəyə Turalın qayınatası müdaxilə edib. Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub