Mynews.az xezerxeber-ə istinadən xəbər verir ki, rayonun Balıqçılar qəsəbəsində Fəridə Bədəlovaya məxsus 4 otaqlı evin damı gecə saatlarında çöküb. Səsə oyanan ev sakinləri evin qəzalı vəziyyətə düşdüyünü görüblər.
Digər bənzər hal da elə həmin gün eyni qəsəbədə Şahin Məcidova məxsus 2 otaqlı evə baş verib. Buradakı mənzərə isə daha acınacaqlıdır və ev yaşayış üçün tam yararsız vəziyyətə düşüb.
Bundan başqa kənddə Ağalar Vəliyev, Vidadi Vəliyev və digər bir neçə şəxsin evinin dam örtüyünə də qismən ziyan dəyib, divarlarda çatlar yaranıb. Sakinlər Qarşıdakı günlərdə yenə qar və ya yağış yağarsa evlərinin tamam yararsız hala düşəcəyindən ehtiyyatlanır. Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.