Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qızı qətlə yetirən seksual manyak cəzasız qaldı

ABŞ-ın Massaçustes ştatında 24 yaşlı Azərbaycan vətəndaşı, bu ölkəyə mühacirət etmiş Evelin Vəlibəyovanı xüsusi amansızlıqla qətlə yetirən və cəsədini oğurlayan seksual manyak cəzasız qalıb.

Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, Vəlibəyovanın qətlində əsas şübhəli hesab olunan, 9 yaşlı qızı zorlayaraq qətlə yetirdiyinə görə 19 il həbsdə qalan Con Kastonqau Nyu Cersi şttatınındakı Fort-Diks həbsxanasından heç bir rəsmi ittiham irəli sürülmədən azadlığa çıxır. Bu, Amerika mediasında geniş rezonans doğurub.

Evelin Vəlibəyova 2011-ci ildə Boston yaxınlığındakı Kuinsi şəhərində yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib və cəsədi yoxa çıxıb. Polis cinayətkarın izinə bir neçə il ərzində düşə bilməyib. Yalnız ötən il məlum olub ki, hadisədən əvvəl 53 yaşlı Kastenqau Vəlibəyovanın mənzilində təmir işləri aparıb.

Həmin vaxt seksual manyak vaxtından əvvəl şərti azadlığa çıxma qaydalarını pozduğu və vaxtında polisdə qeydiyyatdan keçmədiyi üçün iki il müddətinə təkra həbs edilmişdi. İstintaq Kastenqaunu Vəlibəyovanın qətli işi üzrə dindirib. Manyak bir neçə ay ərzində azərbaycanlı qızın mənzilində təmir işləri apardığını boynuna almayıb. Daha sonra şahid ifadələri və digər dəlillər onun mənzildə təmir işləri apardığını sübuta yetirib. Buna baxmayaraq prokurorlar Kastenqauya Vəlibəyovanın qətli üzrə heç bir ittiham irəli sürməyiblər və o, azadlığa çıxmaq imkanı qazanıb.Prokurorlar bildirirlər ki, qızın cəsədi tapılmadığından qətl üzrə ittiham irəli sürmək hüquqi baxımdan çətindir.

Con Kastenqau 1986-cı ildə törətdiyi dəhşətli cinayətə görə 50 ildən çox azadlıqdan məhrum edilsə də 2006-cı ildə həbsdən şərti azadlığa buraxılıb. Məhkəmə sənədlərinə əsasən evlənib və iki uşağı var, Kuinsidə yaşayırdı.

Kuinsi prokurorluğunun rəsmisi Devid Traub bildirib ki, Vəlibəyovanın qətli üzrə araşdırma hələ davam edir və suallar açıq qalır. Lakin ötən il Vəlibəyovanın dostları polisi günahlandıraraq bildirmişdilər ki, qızın yoxa çıxması barədə məlumatdan sonra polis yetərli araşdırma aparmayıb və Kastenqau hüquqi sistemdəki çatlardan yararlanaraq aradan çıxıb. Görünür seksual manyak qızın cəsədini oğurlayanda məhz qətl üzrə ittihamın irəli sürülməsindən özünü sığortalamaq istəyirdi.

Evelin Vəlibəyovanın Azərbaycanda yaşayan anası Nigar Vəlibəyova elektron poçtla göndərdiyi məktubda yazıb ki, qızının qatilinin cəzasız qalması onu şoka salıb. Nigar Vəlibəyova qatilin Kastenqau olduğuna əmin olduğunu bildirib və onun günahsız övladını xüsusi amansızlıqla qətlə yetirən qəddar canavara Allahdan cəza diləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...