Türkiyənin Sultanqazi bölgəsində dəhşətli hadisə baş verib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan suriyalı uşaq qonşusu tərəfindən amansızcasına qətlə yetirilib. 8 yaşlı Rehat Aşar saat 3 radələrində evdən çıxaraq marketə gedib. Marketdən əslən Əfqanıstandan olan qonşusu ilə çıxan uşaq son olaraq təhlükəsizlik kameralarına düşüb.
Suriyalı uşağı evə aparan qonşu naməlum səbəblərdən onu öldürüb. Öldürdüyü uşağın cəsədini doğrayaraq 3 zibil qutusuna qoyub, əl arabası ilə yaxınlıqdakı zibilliyə aparıb.
Polis tərəfindən şübhəli qismində saxlanılan qonşu ifadəsində uşağı öldürdüyünü etiraf edib.
Azyaşlının təcavüzə məruz qalıb-qalmadığını öyrənmək üçün zibil poliqonunda uşağın cəsədi axtarılır. Cəsəd tibbi ekspertizaya göndəriləcək.
Faktla bağlı cinayət işi açılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub