Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Mynews.az-ın APA-ya istinadla verdiyi məlumata görə, toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.
Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub