Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.
Mynews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da, saat 23:00 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub, sonra hadisə yerinin yaxınlığında olan A. Əsədova və qızı Samirəyə bıçaqla xəsarət yetirərək, hadisə yerini tərk edib.
Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub