Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib.
Belə ki, “90-NF-513” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən “188” evakuator xidmətinə məxsus, “90-JZ-887” dövlət qeydiyyat nişanlı, “MAN” markalı yük maşını yol nişanının tələbini pozub, qəfil dönmə əməliyyatını yerinə yetirərək, “Mercedes”in yoluna çıxıb. Nəticədə “Mercedes” evakuatorun arxa hissəsinə çırpılıb.
Qəza zamanı “Mercedes”də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub