Binəqədi icra nümayəndəliyinin qarşısında ər və arvada bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Raçxan Fərman oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Yol kənarında dayanan taksi sürücülərindən biri olayı lentə alıb. İstintaqla müəyyən olunub ki, xəsarət alanlar ər və arvad deyil.
Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Çələbov Çələb Fətulla oğlu səhər saatlarında evdən çıxıb gedərkən Raçxan onları görüb. Bir vaxtlar qadınla qeyri-rəsmi münasibətləri olduğundan, o, hisslərinə hakim ola bilməyib. Kadrlardan da göründüyü kimi, o, əlində olan bıçaqla əvvəlcə qadının ağız və göz nahiyələrindən iki bıçaq zərbəsi vurub. Çələb Çələbov onu zərərsizləşdirmək istəyərkən isə qarın və qulaq nahiyələrindən iki bıçaq zərbəsi alıb. "Sənə xəbərdarlıq etmişdim" kimi ifadələr səsləndirən İbrahimov qadının tərpənə bilmədiyini görəndən sonra bıçağı yerə atıb.
Diqqətçəkən məqam isə hadisə həvəskar kamera ilə lentə alındığı vaxt qonşu qadından başqa heç kimin yaralılara kömək göstərməməsidir. Xəstəxanadan verilən məlumata görə, yaralı qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna yerləşdirilib. Çələb Çələbov isə Klinik Tibbi Mərkəzdə müalicə alır.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub