Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb.
Mynews.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib. Belə ki, "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mercedes"in yoluna çıxıb. Nəticədə "Mercedes" evakuatorun arxa hissəsinə çırpılıb. Qəza zamanı "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.
Qeud edək ki, hadisə sentyabrın 6-da baş verib.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub