Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkar edilib.
Faktla bağlı sözügeden ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub