Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğundan Mynews.az-a verilən məlumata görə, sentyabrın 10-da, saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq, ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə. Müftəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.
Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonunun Yenikənd kəndində yerləşən, "Xələc həbsxanası" kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub