Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.
Məlumata görə, qardaşlar əvvəldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyaraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.
Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobilləri olub.
Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyinin əvvəlcədən bilirmiş.
Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də, məlumat sentyabrın 12-də yayılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub