"Ərazi idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayevin vəziyyəti normaldır. Quba xəstəxanasının baş həkim əvəzi Əlyar Sərvərovunverdiyi məlumata görə, xəstənin həyatı üçün ciddi heç nə yoxdur”.
Mynews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Qubadan seçilən deputat Vahid Əhmədov rayon İcra Hakimiyyətinin şöbəsinin müdirinin bıçaqlanmasından danışarkən deyib.
O, bildirib ki, hadisə mübahisə zəminində baş verib.
"Mənə verilən məlumata görə, bıçaqlanma hadisəsi torpaq məsələsi üstündə yaranıb. Belə ki, Əmrullayevlə yerliləri arasında torpaq üstündə mübahisə yaranıb. Sonda mübahisə qarşı tərəfin şöbə müdirini bıçaqlanması ilə nəticələnib”.
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH)Ərazi və idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayev dünən bıçaqlanıb. Dərhal xəstəxanaya yerləşdirilib. Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub